Gün
Saat
Dəqiqə
Saniyə
Rüstəm Orucovdan "Böyük Dəbilqə"də bürünc medal

27-10-2017

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir. 

Yarışın ikinci günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.  73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov “Böyük Dəbilqə”nin bürünc medalına sahib olub. Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə Belçika nümayəndəsi Dirk Van Tiçelti məğlub edib.

Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.

Rüstəm Orucovdan "Böyük Dəbilqə"də bürünc medal