Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılar

28-10-2017

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. 

Yarışın sonuncu günü də Azərbaycan cüdoçuları uğurla çıxış edərək daha iki medal qazanıblar.

Qadınların mübarizəsində +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya yarımfinalda Rusiya cüdoçusu Kseniya Çibisovaya qalib gəlib. Təmsilçimiz həlledici qarşılaşmada hollandiyalı Tessie Savelkoulsa uduzaraq gümüş medala sahib çıxıb.

Kişilərin yarışında 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalını qazanıb. Mehdiyev 3-cü yer uğrunda görüşdə rusiyalı Aleksandr Roslyakovu məğlub edib.

Bununla da, Azərbaycan millisi Abu-Dabi “Böyük Dəbilqə” beynəlxalq turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub. Nicat Şıxəlizadə (66 kq), İrina Kindzerskaya (+78 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

Azərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılar
Azərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılar
Azərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılarAzərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılar

Azərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılarAzərbaycan cüdoçuları Abu-Dabidə 4 medal qazandılar