Gün
Saat
Dəqiqə
Saniyə
Tovuzda yeniyetmələrin cüdo turniri başlayıb

27-11-2017

Bu gün Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına start verilib.

Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparır.

Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28 kq, 32 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, +63 kq) qaliblər müəyyənləşəcək. 

Oğlanların mübarizəsində isə 34 kq, 38 kq, 42 kq və 46 kq çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gələcək. 

Qeyd edək ki, ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı yarışa noyabrın 28-də yekun vurulacaq.