Gün
Saat
Dəqiqə
Saniyə
Hidayət Heydərov Sankt-Peterburqda bürünc medal qazandı

16-12-2017

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına start verilib. Yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.

Hidayət Heydərov Sankt-Peterburqda bürünc medal qazandı