Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə medal qazandı

17-12-2017

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunub.

Azərbaycan cüdoçusu beynəlxalq turnirdə medal qazandı