Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: Ölkə çempionatından maraqlı anlar - VİDEO

29-12-2017

Xəbər verdiyimiz kimi, cüdo üzrə Azərbaycan çempionatında 55 klubdan 497 idmançı mübarizə aparıb.

"Neftçi" İdman Klubunun cüdoçuları daha çox medal qazanaraq komanda hesabında birinci yeri tutublar. "Atilla"2-ci, Sumqayıt UGİM klubu isə 3-cü olub.

Yarışın son günü usta cüdoçular arasında da ölkə çempionatı keçirilib.

Bütün qalib və mükafatçılara medallar, diplomlar və pul mükafatları verilib.

"CÜDO TV" əməkdaşlarının respublika çempionatından hazırladığı videomaterialı sizə təqdim edirik: