Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: 318 cüdoçunun medallar uğrunda gərgin mübarizəsi

21-01-2018

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi maraqlı anlarla yadda qalıb. İki gün davam edən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.
Cüdo üzrə Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb. "CÜDO TV"nin yarışdan hazırladığı reportajı sizə təqdim edirik.