Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Sofiyada bürünc medal qazandı

04-02-2018

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. Beynəlxalq turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib. Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.

Cüdoçumuz Sofiyada bürünc medal qazandı
Cüdoçumuz Sofiyada bürünc medal qazandı
Cüdoçumuz Sofiyada bürünc medal qazandı
Cüdoçumuz Sofiyada bürünc medal qazandı