Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: Bakı birinciliyində 1080 cüdoçu

10-02-2018

Xəbər verdiyimiz kimi, 4 gün ərzində "Sərhədçi" Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda U-13 və U-15 yaş kateqoriyaları üzrə 1080 cüdoçu mübarizə aparıb. Yeniyetmə cüdoçular paytaxtın 48 klubunu təmsil edib. Birincilikdə fərqlənən cüdoçulara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub. "CÜDO TV" yarışdan hazırlanan videomaterialı sizə təqdim edir