Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Fransa paytaxtında bürünc medal qazanıb

11-02-2018

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib. Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb. +78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.