Gün
Saat
Dəqiqə
Saniyə
Yeniyetmə cüdoçularımız Avropa kubokunda daha 3 medal qazanıb

18-02-2018

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar. Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb. Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.