Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: 467 cüdoçu, 16 qalib - VİDEO

23-02-2018

2 gün əvvəl "Sərhədçi" Olimpiya İdman Mərkəzində start götürən U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkə birinciliyi oğlanlar və qızlar arasında 8 çəki dərəcəsində keçirilib.
Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.