Gün
Saat
Dəqiqə
Saniyə
Erməniyə qalib gələn Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazandı

24-02-2018

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilir. Azərbaycan milli komandasının da iştirak etdiyi mötəbər turnirdə 65 ölkədən 441 cüdoçu medallar uğrunda mübarizə aparır.

73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.