Gün
Saat
Dəqiqə
Saniyə
İrina Kindzerska yenə millimizə bürünc medal qazandırıb

25-02-2018

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

Qadınların yarışında +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.

Xatırladaq ki, Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.

Qeyd edək ki, Düsseldorf "Böyük Dəbilqə" turnirundə dünyanın 65 ölkəsindən 441 cüdoçu mübarizə aparıb.