Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Antalyada daha 3 medal əldə etdi

04-03-2018

Antalyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Beynəlxalq turnirin son günü millimiz aktivinə daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində İbrahim Ağakişiyev(81 kq), Yaqub İsmayılzadə(90 kq) və Toğrul Salmanov(+90 kq) yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova qızıl, Səbinə Əliyeva isə bürünc medala layiq görülüb.