Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib

15-03-2018

Martın 15-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirin açılışında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək son iki il ərzində görülən işlərdən danışıb. O, ötən dövr ərzində cüdo federasiyasının işini yüksək dəyərləndirib. Beynəlxalq yarışlarda qazanılan uğurlar, medalların əyarının və sayının ildən ilə yüksəlməsini xüsusi vurğulayaraq görülən işlərə görə federasiya işçilərinə təşəkkürünü bildirib.

Sonra Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ötən dövr ərzindəki fəaliyyətlə bağlı hesabatı iştirakçıların diqqətinə çatdırıb. Baş katib 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra Azərbaycanda cüdonun yeni mərhələyə qədəm qoyaraq artan templə inkişafından bəhs edib. Milli komandalarımızın dünya, olimpiya, Avropa və bir çox  beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. Həmçinin, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən respublika, regional, şəhər miqyaslı çempionat və birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yadda qaldığını söyləyib. Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən birinin də bölgələrdə cüdonun inkişaf etdirilməsi olduğunu deyib. Bu sahədə artıq bir-neçə regional cüdo mərkəzlərinin açılışının baş tutduğunu və federasiya tərəfindən cüdo tatamiləri, kimano geyim dəstləri  bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verildiyini diqqətə çatdırıb.

Daha sonra Faiq Cəfərov Azərbaycan Cüdo Federasiyasının maliyyə hesabatını konfrans iştirakçılarına məruzə edib. Federasiyanın gəlirlərinin 72 %-i sponsorlardan, 23 %-i Beynəlxalq Cüdo Federasiyası ilə əməkdaşlıqdan və 5 % isə beynəlxalq tədbirlər hesabına əldə edildiyini qeyd edib. Eyni zamanda federasiyanın xərclərinin hesabatını da nəzərə çatdıraraq 01 yanvar 2018-ci il tarixə hesablaşma hesabının və xəzinəsinin qalığı hesabata uyğun olduğunu diqqətə çatdırıb. Hesabat səsverməyə qoyularaq qəbul edilib.

Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda “Judo Club-2012” İctimai Birliyinin sədri Azər Əsgərov İcraiyyə Komitəsinə yekdilliklə üzv qəbul edilib.

Sonra isə Azərbaycan Cüdo Federasiyasının üzvlüyünə qəbul olunmaq üçün 8 klubun namizədliyi səsə qoyulub. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Mərkəzi Ordu İdman Klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubu, “Judo Club 2012” İctimai Birliyi, “Qəbələ İdman Klubu” MMC, “Turan İdman Klubu” MMC və 1№li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi üzvlüyə qəbul edilib.

Tədbirin yekununda Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev əldə olunan uğurlara görə bir daha federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda duran vacib yarışlar və məqsədlərdən danışıb. Bu ilin sentyabrında ilk dəfə Bakıda keçriləcək dünya çempionatının ən yüksək səviyyədə təşkil olunacağına və cüdoçularımzın parlaq qələbələr qazanacağına əminliyini ifadə edib.