Gün
Saat
Dəqiqə
Saniyə
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının ilk bileti dövlət başçısına təqdim edildi

20-03-2018

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Sonra bayram tədbiri Dənizkənarı Milli Parkda davam etdirilib. Xəbər verdiyimiz kimi, bu il ölkəmizdə bir neçə idman növü üzrə beynəlxalq yarış keçiriləcək.
Son illər inkişafda olan idman növləri arasında cüdo da xüsusilə seçilir. Sentyabrın 20-27-də Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir. Azərbaycan milli komandası dünya çempionatında tam heyətlə iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək. Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Azərbaycan prezidenti İlham Əliyevə dünya çempionatının ilk biletini təqdim etdi. Sonda xatirə şəkili çəkdirildi.