Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutdu

07-04-2018

Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.

Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Mirağa Hacıyev qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.

Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.