Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu beynəlxalq yarışda qızıl medal qazandı

08-04-2018

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Qran Pri" turnirinin sonuncu günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Beynəlxalq yarışda 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Finala qədər Koreya, Özbəkistan, İrlandiya və Rusiya təmsilçisini məğlub edən cüdoçumuz həlledici görüşdə Rusiya millisinin erməni əsilli üzvü Arman Adamyanla qarşılaşıb. Rəqibi üzərində inamlı qələbə qazanan Zelim Antalya turnirinin çempionu olub. Milli komandamızın daha iki üzvü beynəlxalq yarışın sonuncu günü medal qazanıb. 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev və Tural Səfquliyev bürünc medala layiq görülüb. Qeyd edək ki, beynəlxal turnirdə 50 ölkədən 316 cüdoçu mübarizə aparıb və yarışın ikinci günü Hidayət Heydərov millimizin aktivinə bürünc medal yazdırıb.