Gün
Saat
Dəqiqə
Saniyə
Cüdo üzrə Avropa çempionatına start verildi

26-04-2018

İsrailin Tel-Əviv şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günü cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn Orxan yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb. Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar. Digər çəki dərəcələrində yarışan millimizin üzvləri görüşlərini aprelin 27-i və 28-də keçirəcəklər.

Cüdo üzrə Avropa çempionatına start verildi