Gün
Saat
Dəqiqə
Saniyə
Gənc cüdoçumuz Avstriyada Açıq Avropa Kuboku yarışında bürünc medal qazanıb

03-06-2018

Avstriyada gənc cüdoçular arasında keçirilən Açıq Avropa kubokuna yekun vurulub. Yarışın son günündə 44 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva Leybnits beynəlxalq turnurində bürünc medal qazanıb.

Beləliklə gənc cüdoçularımız Leybnits beynəlxalq turnurini 1 gümüş və 4 bürünc medalla başa vurublar.                             

Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoqi ustası medallar uğrunda yarışıb. Azərbaycan beynəlxalq turnirdə  21 cüdoçu ilə təmsil olunub.