Gün
Saat
Dəqiqə
Saniyə
Şotlandiyada 14 medal qazanan usta cüdoçularımız vətənə qayıdıblar

19-06-2018

Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Mötəbər turnirdə 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, usta cüdoçularımız Fərhad Rəcəbli, Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev qitə çempionatının bürünc medalına sahib olub. Milli komandamız iki yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.