Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Almaniyada 3 medal qazandılar

14-07-2018

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışı keçirilir. Qitə turnirinin ilk günündə millimizin üzvləri 3 medal qazanıblar.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və Vüqar Şirinli bürünc medal əldə edib. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev də bürünc medala yiyələnib.
Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.