Gün
Saat
Dəqiqə
Saniyə
Milli komandamız Avropa çempionatında 5-ci yeri tutub

19-07-2018

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə Avropa çempionatının komanda yarışı keçirilib. 21 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan millisi də iştirak edib.
Qrup mərhələsində Polşaya qalib gələn yığmamız ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasını məğlub edib. Cüdoçularımız bürünc medal uğrunda Rusiya səddini keçə bilməyib. Almaniyanın birinci, Hollandiyanın ikinci, Rusiya və Ukraynanın üçüncü olduğu çempionatı yığmamız beşinci yerdə başa vurub.
Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandamızın aparıcı üzvləri bu turnidə iştirak etməyiblər.