Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Asiya kubokunda medal qazandı

23-07-2018

Çin Xalq Respublikasının Makau şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku yarışı keçirilib.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Talıbov bürünc medala sahib olub.

Qeyd edək ki, 29 ölkədən 125 (80 oğlan, 45 qız) cüdoçunun qüvvəsini sınadığı mötəbər turnirdə Azərbaycan millisi 3 cüdoçu ilə təmsil olunub.