Gün
Saat
Dəqiqə
Saniyə
Tunisdə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplantısı keçirilib

25-08-2018

Avqustun 20-dən 25-dək Tunisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə cüdoçular üçün təlim-məşq toplantısı keçirib. 5 gün davam edən toplanışa bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində baş tutacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanan cüdoçular qatılıb. Azərbaycanı Tunisdə yeniyetmə cüdoçu Vüqar Talıbov və milli komandanın məşqçisi Zaur Babayev təmsil edib. Məşqləri olimpiya çempionu, üçqat dünya çempionu İlias İliadis və olimpiya çempionu Mark Huizinqa aparıb.   

Qeyd edək ki, Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışları 07-10 oktyabr tarixində keçiriləcək.