Gün
Saat
Dəqiqə
Saniyə
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirlib

17-09-2018

Sentyabrın 17-də Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. Hilton mehmanxanasında təşkil olunan iclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev çıxış edərək bir neçə gündən sonra Bakıda start götürəcək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib: “İnanıram ki, bu dünya çempionatı istər iştirakçı ölkələrin və idmançıların sayına, istərsə də təşkilati yüksək səviyyəsinə görə cüdo tarixində ilklərə imza atarak unudulmaz bir ana çevriləcək. Bir faktı xüsusilə qeyd edim ki, dövlətin idman sahəsinə göstərdiyi yüksək qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq idman təşkilatları qitə və dünya səviyyəli yarışların keçirilməsini ölkəmizə etimad edib və Azərbaycan yüksək səviyyəli çempionatların keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Ümid edirəm ki, cüdo üzrə dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcək və İcraiyyə Komitəsinin üzvləri ölkəmizin qonaqpərvərliyindən məmnun qalacaqlar”.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Bakıda keçiriləcək dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. BCF rəhbəri İcraiyyə Komitəsinin yığıncağında gündəlikdə duran məsələlərin vacibliyini qeyd edib. İcraiyyə Komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, Olimpiya hazırlığı və Gənclər Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzun müddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.