Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanın Prezidenti və Birinci vitse-prezidenti, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar

27-09-2018

Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşüblər. Prezident İlham Əliyev idmançıları təbrik edib:

“Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.

Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız istəyirdiniz ki, idmançılarımız gözəl döyüş nümayiş etdirsinlər, belə də oldu. Həm medallar qazanıldı, həm də medal qazanmayan idmançılarımız çox ləyaqətli döyüş nümayiş etdirdilər. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyəm ki, sizin komanda yarışında döyüşləriniz hələ davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, rəqibiniz də çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayırıq.

Onu da bilməliyik ki, bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də. Əsas odur ki, bizim idmançılarımız ləyaqətli döyüş nümayiş etdirsinlər. Fəxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar Sizin üçün böyük nümunədir. Mehman da yadımdadır, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq irəliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər”.

Sonra Prezident İlham Əliyev çıxışını rus dilində davam etdirib:

“Bizim komandada elə uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər. Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Siz ölkəmizi həmişə ləyaqətlə təmsil etmisiniz və xalqımızı sevindirmisiniz. Sizi təbrik edirəm və gələcəkdə sizə uğurlar diləyirəm”.

Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.