Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Abu-Dabidə 3 medal qazandılar

29-10-2018

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.
Mötəbər turnirdə mübarizə aparan Azərbaycan millisinin 3 üzvü medal qazanıb.
“Böyük Dəbilqə”də ölkəmizi -100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Bu çəkidə mükafata layiq yer tutan cüdoçulara medalları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib. Məhəmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edbiblər.
Qeyd edək ki, 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qüvvəsini sınadığı Abu-Dabi turnirində Azərbaycan millisi 8 cüdoçu ilə təmsil olunub.