Gün
Saat
Dəqiqə
Saniyə
Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazanıb

02-11-2018

Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa Çempionatı keçirilir.
Millimiz mötəbər yarışın ilk günündə aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.
Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazanıb