Gün
Saat
Dəqiqə
Saniyə
Erməni rəqibinə qalib gələn Azərbaycan cüdoçusu Avropa birinciliyində gümüş medal qazanıb

03-11-2018

Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir. Mötəbər yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq 2-ci yeri tutub. Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

Erməni rəqibinə qalib gələn Azərbaycan cüdoçusu Avropa birinciliyində gümüş medal qazanıb