Gün
Saat
Dəqiqə
Saniyə
Nicat Şıxəlizadə Özbəkistanda 3-cü yeri tutub

09-11-2018

Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Qran Pri yarışına start verilib. Beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.Qeyd edək ki, Özbəkistan Qran Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.