Gün
Saat
Dəqiqə
Saniyə
3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

11-11-2018

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, 3 cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb. Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər üç cüdoçumuza Qran Prinin qızıl medalı təqdim olunub və onların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üç rəngli bayrağımız yüksəldilib. Beləliklə cüdoçularımız Daşkənd turnirini 3 qızıl, 1 bürünc medalla başa vurublar. Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu.