Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdosu 2018-ci ildə - VİDEO

30-12-2018

2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb. Cüdoçularımız iştirak etdikləri 39 beynəlxalq yarışda 177 medal qazanıblar. Bunlardan 48-i qızıl, 46-sı gümüş, 83-ü isə bürünc olub. Bakıda keçirilən dünya çempionatında 124 ölkədən 755 cüdoçu mübarizə aparıb və tanınmış idman mütəxəssisləri mundialın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Bu il yeniyetmə və gənc cüdoçularımızın da parlaq qələbələri diqqət çəkib. Yeniyetmələrin Olimpiadasında Vüqar Talıbovun qızıl medal qazanması, gənclərin dünya birinciliyində Azərbaycan finalının baş tutması cüdomuzun inamlı gələcəyindən xəbər verir. "CÜDO TV"nin hazırladığı videomaterialı sizə təqdim edirik