Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Parisdə 1 gümüş və 1 bürünc medal qazanıblar

10-02-2019

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub. Ağır çəkidə mübarizə aparan cüdoçularımız beynəlxalq turniri medallarla başa vurublar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzan Kindzerska Parisdə millimizə gümüş medal qazandırıb. Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Uşangi Kokauri (+100 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.