Gün
Saat
Dəqiqə
Saniyə
Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi

24-02-2019

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Milli komandamızın 3 üzvü nüfuzlu turnirdə medala layiq görülüb. Kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Məmmədəli Mehdiyev (-90 kq) Düsseldorf turnirini qızıl medalla başa vurub. Cüdoçumuz İsrail, Çin, Dominikan, Kuba, Serbiya və Yaponiya təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin iki üzvü - Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Beləliklə Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 4 medala sahib olublar. Yarışın ilk günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunub.