Gün
Saat
Dəqiqə
Saniyə
Rüstəm Orucov bu dəfə 2-ci oldu

06-04-2019

Antalyada keçirilən "Qran-Pri" yarışının ikinci günündə cüdoçumuz Rüstəm Orucov gümüş medal qazanıb.
Finala qədər Koreya, Qambiya, Ukrayna və Rusiyadan olan rəqiblərinə qalib gələrək uğurla irəliləyən R.Orucov (73 kq) həlledici qarşılaşmada Koreya Respublikasının təmsilçisi Çanqrim Ana uduzaraq gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində qalib olan idmançılara mükafatları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.
Qeyd edək ki, daha əvvəl komandamızın üzvü Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu
Rüstəm Orucov bu dəfə 2-ci oldu