Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Çexiyada keçirilən Avropa kubokunda 8 medal qazanıblar

06-04-2019

Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub. Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.