Gün
Saat
Dəqiqə
Saniyə
Region cüdoçularının uğurları gündən-günə artır

29-04-2019

Xəbər verdiyimiz kimi, ötən həftə "Sərhədçi" Olimpiya İdman Kompleksində kiçikyaşlı yeniyetmə cüdoçular arasında ölkə birinciliyi keçirilib. Yarışda paytaxt Bakı ve klub komandaları ilə yanaşı, respublikamızın müxtəlif bölgələrindən çoxlu sayda cüdoçu mükafatlar uğrunda mübarizə aparıb. Region komandaları və cüdoçuların yol,yemək və yataq xərcləri Azərbaycan Cüdo Federasiyası tərəfindən təmin edilib. Onların burincilikdə iştirakı üçün hər cür şərait yaradılıb. Bu qayğının nəticəsidir ki, ildən ilə region və bölgə komandalarınln cüdoçuları ölkə və beynəlxalq yarışlarında yüksək nəticələr qazanırlar. 3 gün ərzində keçirilən Azərbaycan birinciliyində də bölgə cüdoçuları uğurla çıxış ediblər.
1. Zaqatala - 2 qızıl medal

2. Yevlax - 2 qızıl

3.Gəncə - 1 qızıl, 1 gümüş, 2 bürünc

4. Mingəçevir - 1 qızıl, 1 gümüş, 2 bürünc

5. Qəbələ - 1 qızıl, 1 gümüş
6. Sumqayıt - 1 gümüş, 3 bürünc
7.Xaçmaz - 1 gümüş
8.Siyəzən - 1 gümüş
9.Abşeron - 1 gümüş
10.Quba - 1 bürünc
11.Qusar - 1 bürünc

12.Masallı - 1 bürünc medal.

Region cüdoçularının uğurları gündən-günə artır
Region cüdoçularının uğurları gündən-günə artır
Region cüdoçularının uğurları gündən-günə artır