Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar

29-04-2019

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlara hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Yaponiyada təlim-məşq toplantısını başa vurublar. Tokioda 3 həftə davam edən məşqlərdə millimizin aparıcı cüdoçuları iştirak ediblər. Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər. Təlim-məşq toplantısına idmançılarımızla yanaşı yaponiyalı cüdoçular da qatılıb. Qeyd edək ki, Bakıda təşkil olunacaq beynəlxalq "Böyük Dəbilqə" turniri mayın 10-da start götürəcək. 3 gün ərzində olacaq mötəbər yarış Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar
Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplantısında olublar