Gün
Saat
Dəqiqə
Saniyə
Bakıda cüdo üzrə nüfuzlu beynəlxalq turnir keçiriləcək

07-05-2019

Xəbər verdiyimiz kimi mayın 10-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri start götürəcək. 3 gün davam edəcək nüfuzlu yarışda dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı ( 28 oğlan, 15 qız) ilə təmsil olunacaq. Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva ( hamısı 48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxçedev, Larisa Florian ( 57 kq), Nuriyyə Axundova, Diana Şoronova ( 63 kq), Günel Həsənli, Aidə Baxışova ( 70 kq), İrina Kindzerska ( +78 kq), kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov ( 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə ( 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev ( 73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov ( 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu ( 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili ( 100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov ( +100 kq) ölkəmizin şərəfini qoruyacaq. Qeyd edək ki, "Böyük Dəbilqə" turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da saat 16:00-da keçiriləcək.