Gün
Saat
Dəqiqə
Saniyə
Paracüdo üzrə beynəlxalq Qran-pri turnirində ilk günün qalibləri müəyyənləşib

13-05-2019

Bakıda ümummilli lider Heydər Əliyevin  xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri yarışının açılış mərasimi keçirilib.

Heydər Əliyev adına İdman Sarayında təşkil olunan tədbirin ardınca final görüşləri keçirilib. Qeyd edək ki, Azərbaycan millisinin 6 üzvü finala yüksəlib.

Qadinlar arasında qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

Əlli iki kiloqram çəkidə Səbinə Abdullayeva və Bəsti Səfərova bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. Bu qarşılaşmadan Bəsti Səfərova qalib ayrılıb.

Əlli yeddi kiloqram çəki dərəcəsində  Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşıblar. Sevda Vəliyeva bu görüşdən qələbə ilə ayrılıb və turnirin qalibi adını qazanıb. 

Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya qalib gəlib və qızıl medala yiyələnib. Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq gümüş medal əldə edib. Bu çəkidə çıxış edən digər idmançı Namiq Abbaslı bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini məğlub edərək üçüncü olub. Yetmiş üç kiloqramda Ramil Qasımov üçüncü yeri tutub. Hüseyn Rəhimli (81 kq) isə finalda Özbəkistan idmançısı Davurxon Karomatova məğlub olub və gümüş medala layiq görülüb.

Digər çəki dərəcələrində gürcüstanlı Giorgi Kaldani (66 kq), Özbəkistan təmsilçiləri Feruz Sayidov (73 kq), Davurxon Karomatov (81 kq) və ukraynalı İnna Çerniak (52 kq) qalib olublar.

Qeyd edək ki, 35 ölkədən 214 cüdoçunun qatıldığı turnirə mayın 14-də yekun vurulacaq.