Gün
Saat
Dəqiqə
Saniyə
Paracüdo üzrə beynəlxalq Qran-pri turnirinin sonuncu günündə 9 idmançımız çıxış edir

14-05-2019

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-pri turnirinin ikinci - sonuncu gününə start verilib.

 Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu medallar uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir.

Yarışın sonuncu günündə kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparırlar.

Turnirin ikinci günündə 9 paralimpiyaçımız qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.