Gün
Saat
Dəqiqə
Saniyə
Avropa Oyunlarında uğur qazanan cüdoçularımız Vətənə dönüblər

28-06-2019

Belarusun paytaxtı Minsk şəhərində keçirilən Avropa Oyunlarında uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş coşqu ilə qarşılayıb.
Qeyd edək ki, Minskdə təşkil olunan Avropa Oyunlarında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Beləliklə Azərbaycan millisi fərdi yarışları 5 medalla (1 gümüş və 4 bürünc) başa vurub. Cüdoçularımıza həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub. Millimiz medalların sayına görə 49 ölkə arasında 3-cü, əyarına görə isə 12-ci yeri tutub.