Gün
Saat
Dəqiqə
Saniyə
Hidayət Heydərov Yay Universiadasında gümüş medal qazanıb

06-07-2019

İtaliyanın Neapol şəhərində keçirilən Yay Universiadasında Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Cüdoçumuz Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fransa, Monteneqro və Monqolustan idmançılarına qalib gələrək finala çıxıb. Həlledici görüşdə rusiyalı Yevgeni Prokopçuka uduzan Hidayət Universiadada 2-ci yeri tutub. Qeyd edək ki, bu Azərbaycanın Universiadada ilk  medalı olub.