Gün
Saat
Dəqiqə
Saniyə
Yaşar Nəcəfov Aktauda bürünc medala layiq görüldü

18-07-2019

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Kuboku yarışına start verilib. Əvvəlcə 60, 66 və 73 kq çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib. Xatırladaq ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.