Gün
Saat
Dəqiqə
Saniyə
Şahin Qəhrəmanov Qazaxıstanda gümüş medal qazanıb

19-07-2019

Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kuboku yarışının son günündə də Azərbaycan millisi aktivinə bir medal yazdırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub. Xatırladaq ki, Aktau turnirinin ilk günündə cüdoçumuz Yaşar Nəcəfov bürünc medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.