Gün
Saat
Dəqiqə
Saniyə
EYOF-da Azərbaycanın bayraqdarı cüdoçu olacaq

19-07-2019

Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.
İyulun 21-də start götürəcək festivalda bayraqdarımız yeniyetmələrdən ibarət cüdo üzrə milli komandamızın üzvü, ötən il Argentinada olimpiya çempionu adını qazanan Vüqar Talıbov olacaq.
Cüdoçumuz Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.
Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.