Gün
Saat
Dəqiqə
Saniyə
Praqada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib

22-07-2019

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub. Beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İmran Yusifov bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. İdmançımıza Avropa kubokunun qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Beləliklə Azərbaycan cüdoçuları Praqada 2 qızıl və 2 bürünc medal qazanıblar. Yarışın ilk günü Rövşən Əliyev qızıl, Rəşad Yelkiyev və Davud Abbaslı isə bürünc medala sahib olub. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu mübarizə aparıb.