Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: 12 cüdoçumuz EYOF-da mübarizəyə başlayır

23-07-2019

Xəbər verdiyimiz kimi, İyulun 21-də Bakıda start götürən Yeniyetmələrin Avropa Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Avropa Olimpiya Festivalında cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq. Yeniyetmələrin Avropa Olimpiya Festivalında cüdo yarışları Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.